"Qarabağ"dan ayrılan futbolçu "hava"da qalıb

10 September

2019/2020 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış etmiş Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silva məşqlərə qatılmır.

"Report" xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Pelleqrino Mataratso yerli mətbuata açıqlamasında bildirib. 43 yaşlı mütəxəssis hazırda çoxlu sayda cinah oyunçusuna sahib olduqlarını söyləyib. O, komandada Ailton Silva üçün yer qalmadığını əlavə edib.

Qeyd edək ki, "Ştutqart" Ailton Silva ilə vidalaşmaq niyyətindədir. Braziliyalı oyunçu ilə Yunanıstanın "Aris" klubu yaxından maraqlanır. 25 yaşlı oyunçu 2015/2016 mövsümündə "Neftçi"də də çıxış edib. Cinah müdafiəçisinin klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.